Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

Bu ölkə Rusiya ilə sərh

16-11-2026 16:00 63 Просмотров
IMG

Litva hakimiyyəti Estoniyadan nümunə götürərək Rusiya Federasiyası ilə sərhədi tamamilə bağlamaq imkanını nəzərdən keçirir.

 

Tvit.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Estoniyanın bu istiqamətdə qəbul etdiyi qərar region üçün yenilik deyil.

“Bu, regionda yeni bir hal deyil. Ona görə də Estoniyanın qərarı başadüşüləndir”, – deyə Nauseda vurğulayıb.

Litva Prezidenti qeyd edib ki, ölkəsi də bütün mövcud şəraiti nəzərə alaraq analoji qərar qəbul edə bilər.

Qeyd edək ki, Estoniya hakimiyyəti dekabrın 1-dən Rusiya ilə sərhədin bağlanmasını Moskvanın iddia edilən qeyri-dost hərəkətləri ilə əsaslandırır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Estoniya və digər Avropa ölkələrinin Rusiyanı təxribat fəaliyyətində ittiham etməsini əsassız adlandırıb. O bildirib ki, Moskva bu ittihamları qətiyyətlə rədd edir.