Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Magistral yollara fosforlu boyalar vurulsun - Təklif
sosial

Magistral yollara fosforlu boyalar vurulsun - Təklif

16-11-2026 17:00 49 Просмотров
IMG

Magistral yollara tərkibində fosfor olan boyaların vurulması təklif olunur.

 

Tvit.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, son illər magistral yollara tərəzilər quraşdırılsa da, bu proses bitənədək ağırtonnajlı maşınlar həmin yolları sıradan çıxarıb, xüsusilə Gəncə-Bakı yolunda artıq sağ zolaqla hərəkət etmək mümkün deyil:

"Gecə saatlarında yağışlı hava olduğu üçün yolu görmək mümkün deyil və orada ciddi maneələr var. Düşünürəm ki, bu maneələrin qarşısını qısa zamanda almalıyıq, əks təqdirdə, yağışlı havalarda və gecə saatlarında qəzaların sayı çox ola bilər. İlk növbədə magistral yollara mütləq şəkildə tərkibində fosfor olan boyalar vurulmalıdır. Ən azından onun işıltısı ilə qaranlıqda və yağışlı havada hərəkət etmək mümkün olsun. Nəzərə alaq ki, magistral yolları tam şəkildə işıqlandırmaq böyük vəsait tələb edir. İkinci bir maneə və qəzanın səbəbi yolu iki hissəyə bölən beton bölgülər layihəsi icra olunanda dönüş üçün yerlər qoyulmadı, layihə başa çatdıqdan sonra "Azəravtoyol" bu dönüşləri çox təhlükəli şəkildə bir neçə yerdə açdı. Orada bordürlardan istifadə edərək yola müdaxilə etməli oldu, avtomobil gecə saatlarında və yağışlı havada bu döngələrə yaxınlaşdıqda o maneəni görə bilmir".