Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya CENTCOM İsraili İranla müharibəyə hazırlaşmağa çağırıb
dünya

CENTCOM İsraili İranla müharibəyə hazırlaşmağa çağırıb

12-11-2026 23:00 158 Просмотров
IMG

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail ordusunu İranla hərbi əməliyyatların yaxın vaxtlarda yenidən başlaya biləcəyi ehtimalına qarşı hazırlıqlı olmağa çağırıb.

 

Tvit.az xəbər verir ki, İsrailin “Kan 11” telekanalının məlumatına görə, İsrailə və Fars körfəzi ölkələrinə hərbi kanallar vasitəsilə müharibənin yenidən başlaya biləcəyi barədə xəbərdarlıqlar göndərilib.

 

Bildirilir ki, son günlər CENTCOM nümayəndələri ABŞ-da olan İsrail hərbi rəsmilərinə İrana qarşı hərbi kampaniyanın bərpası ehtimalına hazırlaşmağın vacibliyini çatdırıblar.

Bu məlumatlar ABŞ Prezidenti Donald Trampın İranla hərbi əməliyyatları bərpa etməyə ehtiyac görmədiyi barədə son açıqlamaları ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, İsrail mediasının məlumatına görə, Netanyahu hakimiyyətini qorumaq məqsədilə İranla müharibənin yenidən başlanması variantını nəzərdən keçirir. Həmçinin Tramp və Netanyahu arasında hərbi kampaniyanın bərpası məsələsində fikir ayrılıqlarının yarandığı bildirilir.