Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Venesuela prezidenti ölkədə vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq etdi
dünya

Venesuela prezidenti ölkədə vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq etdi

11-12-2024 10:00 86 Просмотров
IMG

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun faşist ekstremizmində ittiham etdiyi bəzi qruplar ölkədə vətəndaş müharibəsi başlatmağa çalışırlar.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “VTV” kanalına müsahibəsində bildirib.


“Suriya xalqı üçün ağrılı hadisələri müşahidə edirik. Biz görürük ki, bu faşist ekstremistlər Venesuelada vətəndaş müharibəsi başlatmağa çalışırlar. İmperiyanın və faşist sağçıların Venesuelaya qarşı sui-qəsd cəhdlərinin uğursuzluğa düçar olacağını düşünürük”,- deyə prezident vurğulayıb.


Elmin Alışov