Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sürücülük vəsiqəsi ilə bağlı qanunda dəyişiklik - Bu halda rüsum ödənilməyəcək
sosial

Sürücülük vəsiqəsi ilə bağlı qanunda dəyişiklik - Bu halda rüsum ödənilməyəcək

06-11-2026 11:00 12 Просмотров
IMG

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək.

"Tvit.az" xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, qanun layihəsinə əsasən, məcburi köçkünlər 1994-cü il iyunun 1-nə qədər mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texnikibaxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad olunur.