Dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak edənlərin rüsumdan azad olunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir.
Tvit.az-ın məlumatına görə, bu məsələ "Dövlət rüsumu haqqında" Qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanun çərçivəsində dövlət təminatı alan özəl tərəfdaşlar rüsumlarını ödəməkdən azad ediləcəklər.
İndiki qanunvericiliyə görə, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar həmin fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.