Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Traktor istehsalı, ehtiyat hissələrinin idxalı ƏDV və gömrük rüsumundan azad edilir
sosial

Traktor istehsalı, ehtiyat hissələrinin idxalı ƏDV və gömrük rüsumundan azad edilir

05-11-2026 12:00 13 Просмотров
IMG

Kənd təsərrüfatı təyinatlı traktor istehsalının lokallaşdırılması və yerli istehsalın dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı traktorların satışının və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən (o cümlədən gömrük rüsumlarından) azad olunması təklif olunur.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

 

Qeyd olunur ki, Vergi Məcəlləsinə əsasən, yerli istehsalın dəstəklənməsi məqsədilə tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda, boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 6 il müddətinə, avtobusların və yük avtomobillərinin satışı, habelə istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə isə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad olunub.

 

Hazırda ölkəmizdə minik avtomobilləri, yük avtomobilləri ilə yanaşı, kənd təsərrüfatı təyinatlı traktorların da sənaye yığımı həyata keçirilir. Bu səbəbdən də kənd təsərrüfatı təyinatlı traktor istehsalı sahəsində fəaliyyət göstərən rezident müəssisələrin fəaliyyətinin dəstəklənməsi, traktorların sənaye yığımının genişlənməsi, onların yerli istehsalının formalaşması, gələcəkdə lokallaşma dərəcəsinin artırılması və bu sahədə idxaldan asılılığın aradan qaldırılması məqsədilə kənd təsərrüfatı təyinatlı traktorların satışının və ehtiyat hissələrinin idxalının ƏDV və gömrük rüsumlarından azad olunması ilə bağlı analoji tədbirlərin görülməsi məqsədəuyğun hesab olunur.

 

Layihənin qəbul edilməsi kənd təsərrüfatı təyinatlı traktorların sənaye yığımının genişlənməsinə və gələcəkdə lokallaşma dərəcəsinin artırılmasına xidmət edəcək, bu sahə ilə əlaqədar digər əlaqəli sahələrin də kompleks inkişafında mühüm rol oynayacaq. Kənd təsərrüfatı təyinatlı traktorların istehsalının genişlənməsi və lokallaşma səviyyəsinin artması öz növbəsində bu sahədə klasterin formalaşdırılmasına gətirib çıxara bilər.

 

Sözügedən güzəştin tətbiqi yolu ilə bu sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dəstəklənməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə təkan verəcək və məşğulluğun artırılmasına mühüm töhfə verəcəkdir.