Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar
turizm

İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar

04-11-2026 14:00 14 Просмотров
IMG

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Əfqanıstanın 4 vətəndaşı İrandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.