Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək
sosial

Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək

05-11-2026 12:00 17 Просмотров
IMG

Şirinləşdirilmiş mineral və qazlı içkilərə görə aksiz vergisi alınacaq.

 

Tvit.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

 

Bildirilir ki, şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli malların, habelə aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil ediləcək, yerli istehsalın hər litrinə 10 qəpik aksiz vergisi tutulacaq.

 

Həmçinin gözəllik xidmətləri göstərən şəxslərə münasibətdə sadələşdirilmiş vergi dərəcələrinin tətbiqi hüququnun 5 il müddətinə verilməsi (nağd dövriyyə 8%, nağdsız dövriyyə 6%), habelə ƏDV ödəyicisi kimi gözəllik xidmətləri göstərən şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması təklif olunur.