"Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçi müalicəsini ev şəraitində davam etdirəcək.
Tvit.az "Report"a istinadən xəbər verir ki, Qərb təmsilçisindən verilən məlumata görə, moldovalı futbolçu əməliyyat olunduğu özəl klinikadan bu gün evə buraxılacaq.
Onun məşqlərə nə vaxt başlayacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.