Filippində Kanlaon vulkanının püskürməsinin ardından təxminən 87 min insanın təxliyə prosesi başlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə İdarəsi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Neqros adasındakı Kanlaon vulkanının püskürməsindən sonra vulkanın qərb və cənub yamaclarına ən yaxın rayonlarda yerləşən şəhər və kəndlərdə fövqəladə kütləvi evakuasiya aparılıb.
Elmin Alışov