Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Reuters: Hizbullah İranın maliyyə dəstəyi ilə yeni regional müharibəyə hazırlaşır
dünya

Reuters: Hizbullah İranın maliyyə dəstəyi ilə yeni regional müharibəyə hazırlaşır

26-10-2026 21:00 21 Просмотров
IMG

Hizbullah İranın maliyyə dəstəyi hesabına yeni regional müharibəyə hazırlaşır.

 

Tvit.az xəbər verir ki, Bu barədə “Reuters” agentliyi Livanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, təşkilat son üç ay ərzində İsraillə qarşıdurmanın yeni mərhələsinə hazırlaşıb. Bu müddət ərzində İran Hizbullahın hərbi potensialını bərpa etmək üçün təşkilata on milyonlarla dollar vəsait köçürüb.

 

Digər mənbə bildirib ki, Hizbullah hərbi potensialını gücləndirməklə yanaşı, rəhbərlik strukturunun bərpasına və təşkilatın yüksək rütbəli komandirlərinin yenidən fəaliyyətə qaytarılmasına da xüsusi diqqət yetirir.