Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükü gecikir – Zelenski
siyasət

Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükü gecikir – Zelenski

26-10-2026 16:00 26 Просмотров
IMG

Ukrayna təxminən bir aydır ki, ABŞ müdafiə naziri Pit Heqsetin “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə dair sənədləri imzalamasını gözləyir.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

 

O bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü istiqamətində ABŞ, Avropa ölkələri və PAC-2, PAC-3 raket ehtiyatlarına malik digər tərəfdaşlarla danışıqlar aparır.

“Artıq bir aya yaxındır ki, cənab Heqsetin ‘Patriot’ və NASAMS sistemləri üçün raketlərlə bağlı sənədləri imzalamasını gözləyirik. Bu məsələni ABŞ tərəfi ilə yenidən müzakirə etməyi tapşırmışam”, – deyə Zelenski vurğulayıb.