Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bloomberg: Aİ Çindən idxala yeni sanksiyalar tətbiq edə bilər
dünya

Bloomberg: Aİ Çindən idxala yeni sanksiyalar tətbiq edə bilər

26-10-2026 16:00 20 Просмотров
IMG

Avropa İttifaqı (Aİ) artan ticarət kəsiri fonunda 2027-ci ilin birinci rübündə Çindən mal idxalını məhdudlaşdırmaq üçün yeni tədbirlər görməyi planlaşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Məlumata əsasən potensial məhdudiyyətlər kimya, mebel və maşınqayırma sənayesinə təsir edəcək. Bu tədbirlər iki yolla - xüsusi idxal kvotaları müəyyən etməklə və ya təchizat limitləri aşıldıqda əlavə gömrük rüsumları tətbiq etməklə  həyata keçirilə bilər.

 

Agentliyin mənbələri vurğulayıb ki, Avropa Komissiyası Çin hibrid avtomobillərinin idxalını məhdudlaşdırmaqla bağlı son təcrübəsini təkrarlamağa çalışır. 2026-cı ilin oktyabr ayının əvvəlində tərəflər ildə 350.000 avtomobil idxal limitini müəyyən edən razılığa gəliblər.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirmişdi ki, Aİ-nin Çinlə ticarət kəsiri ildə 360 milyard avroya, yəni gündə təxminən 1 milyard avroya çatıb və onun fikrincə, bu, təcili düzəliş tələb edir.