İran Ukraynaya məxsus dronların ölkə sərhədləri yaxınlığında yerləşdirilməsi ilə bağlı məlumatları izləyir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri ölkəyə qarşı təhlükə hiss etdikləri bütün hallarda qətiyyətlə müdafiə tədbirləri görüblər və bundan sonra da eyni mövqedən çıxış edəcəklər.
Oktyabrın 20-də İranın “Tasnim” informasiya agentliyi mənbələrə istinadən Ukraynanın İranla həmsərhəd ölkələrdə, o cümlədən İraq Kürdüstanında minlərlə dronu fəal şəkildə yerləşdirdiyini bildirmişdi.