Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Aİ Fransada Rusiya və İranın iştirakını araşdırır
dünya

Aİ Fransada Rusiya və İranın iştirakını araşdırır

21-10-2026 12:00 27 Просмотров
IMG
Avropa İttifaqı (Aİ) Fransada baş verən iğtişaşlarda Rusiya, İran və Əlcəzairin mümkün iştirakını araşdırır.

 

Tvit.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri  məlumat yayıb.

 

Bildirilir ki, Aİ-nin müvafiq qurumları Fransada, eləcə də son günlər Avropanın digər ölkələrində qeydə alınan zorakılıq və talan hadisələri fonunda xarici müdaxilə və dezinformasiya kampaniyalarını araşdırır.

 

Məlumata görə, əvvəllər dezinformasiya kampaniyaları ilə əlaqəsi müəyyən edilmiş Rusiyayönlü və ifrat sağçı sosial media hesabları vəziyyəti daha da gərginləşdirmək məqsədilə zorakılıq görüntüləri yayıblar. Ekspertlər bəzi paylaşımların İran və Əlcəzirlə də əlaqəli ola biləcəyini istisna etmirlər.

 

Avropa kəşfiyyatının yüksəkvəzifəli nümayəndəsi bildirib ki, Rusiyanın dezinformasiya fəaliyyəti əsasən internet üzərindən həyata keçirilib və hadisələrə reaksiya xarakteri daşıyıb. O, Fransada aparılan araşdırmaların hələ ilkin mərhələdə olduğunu vurğulayıb.

Fransanın ticarət naziri Papenin ilkin qiymətləndirməsinə görə, iğtişaşlar nəticəsində ölkə üzrə azı 3 min müəssisə, o cümlədən “Louis Vuitton” və “Kenzo” kimi lüks brendlərin mağazaları zərər çəkib.

 

Qeyd edək ki, “Morningstar DBRS” analitik şirkətinin hesablamalarına görə, iğtişaşlar nəticəsində dəymiş iqtisadi zərərin 1,2 milyard avroya çatacağı ehtimal olunur.

 

Aysel Şirinova