İtaliyanın Baş naziri Giorgia Meloni, səsini süni intellekt tərəfindən yaradılan dərin saxta proqram təminatı təhlükəsindən qanuni olaraq qorumaq üçün Avropa Birliyinin Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Meloni dörd saniyəlik səs yazısını qeydiyyata alıb və orada iki dəfə italyanca "Io sono Giorgia" ifadəsini, yəni "Mən Giorgiayam" ifadəsini deyib.
Yanvar ayında amerikalı aktyor Mettyu Makkonaxi imzasını və səsini qeydiyyatdan keçirərək bu istiqamətdə ilk addımı atmışdı.
Elmin Alışov