Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ iPhone 18 Pro Max-da ilk problem ortaya çıxıb – Face ID işləməyə bilər
ДРУГОЕ

iPhone 18 Pro Max-da ilk problem ortaya çıxıb – Face ID işləməyə bilər

17-09-2026 20:00 16 Просмотров
IMG

Apple-ın iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində Face ID sisteminin bəzi komponentlərini ekranın altına yerləşdirməsi ekran qoruyucularının seçimini daha vacib edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya naşiri Deyv Li (Dave2D) iPhone 18 Pro Max-da bir neçə mat və teksturalı ekran qoruyucusunu sınaqdan keçirib. Qoruyucular tətbiq edildikdən sonra Face ID-nin üzləri tanımaqda çətinlik çəkdiyi məlum olub.

 

Buna səbəb mat və teksturalı səthlərin işığın, o cümlədən infraqırmızı işığın keçməsinə təsir etməsidir. Buna görə yeni iPhone üçün ekran qoruyucusu seçərkən onun Face ID sisteminə uyğunluğuna diqqət yetirmək lazım gələcək.

 

Aysel Şirinova