Geely Galaxy şirkətinin ilk yolsuzluq avtomobili olan Galaxy Zhanjian 700-ün ilkin satışlarına başlanılıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Mmodel altı komplektasiyada təqdim olunur və qiyməti 29 400–57 300 ABŞ dolları arasında dəyişir.
Şirkətin məlumatına görə, Zhanjian 700-ə sifarişlər ilk 9 dəqiqədə 10 minə çatıb. İlk 60 dəqiqə ərzində geri qaytarıla bilən sifarişlərin sayı isə 43 900-ü ötüb.
700 ədədlə məhdudlaşdırılan “Land Ark” xüsusi buraxılışının bütün avtomobilləri də satılıb.
Aysel Şirinova