İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.
Tvit.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bunlardan biri "Point Brower D" markalı gəmidir. Hərracda start qiyməti 4 500 manat olan "Volkswagen Polo" avtomobili 6 600 manata, ilkin qiyməti 6 750 manat olan "Land Rover Freelander" nəqliyyat vasitəsi 7 200 manata satılıb. "Point Brower D" markalı gəminin isə satış qiyməti 115 min manat olub.