Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Volvo 80 tonluq elektrik yük maşınının istehsalına başlayır
ДРУГОЕ

Volvo 80 tonluq elektrik yük maşınının istehsalına başlayır

15-09-2026 23:00 15 Просмотров
IMG

Volvo Trucks yeni nəsil elektrik yük maşınlarının seriyalı istehsalına başlayıb. İlk avtomobillər İsveçin Göteborq şəhərindəki Tuve zavodunun istehsal xəttindən çıxıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni modellər arasında bir dəfəlik şarjla 700 kilometrədək məsafə qət edə bilən Volvo FH Aero Electric, eləcə də yenilənmiş FH, FM və FMX Electric modelləri yer alır.

 

Şirkət həmçinin 80 tona qədər ümumi kütlə üçün nəzərdə tutulan ağır yük elektrik həllini təqdim edib. Model 640 kVt/saat istifadəolunan enerji tutumuna malik batareyalarla təchiz edilib və MCS və CCS2 şarj standartlarını dəstəkləyir.

 

64 tonluq versiyanın məsafəsi 450 kilometrə, 74–76 tonluq versiyanın məsafəsi isə 420 kilometrə qədərdir. Modelin 2027-ci ilin əvvəlində satışa çıxarılması gözlənilir.

 

Aysel Şirinova