Sabah İranın xarici işlər naziri Abbas Əraqçı Çinə səfər edəcək.
Tvit.az xəbər verir ki, bununla bağlı, İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi xəbər verib.
Məlumata görə, səfər zamanı İranın xarici işlər nazirinin çinli həmkarı ilə görüşü nəzərdə tutulur. Görüşdə İran-Çin ikitərəfli münasibətləri, habelə, mühüm regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Elmin Alışov