Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək
siyasət

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

11-09-2026 12:00 14 Просмотров
IMG

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.

 

Bu barədə Report-a diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

 

Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

 

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.