Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ynet: İsrail və Fransa XİN rəhbərləri arasında gizli görüş keçirilib
dünya

Ynet: İsrail və Fransa XİN rəhbərləri arasında gizli görüş keçirilib

29-10-2026 20:00 13 Просмотров
IMG

İsrailin xarici işlər naziri Gideon Saar oktyabrın 7-də fransalı həmkarı Jan-Noel Barro ilə öz evində gizli görüş keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Ynet nəşri məlumat yayıb.

 

Məlumata görə, Barro oktyabrın 7-də baş vermiş qətliamın qurbanlarının xatirəsinə həsr olunan tədbirlərdə iştirak etmək üçün İsrailə səfər edib.

Bundan əvvəl Paris rəsmiləri fransalı nazirin nə Saar, nə də İsrailin baş naziri ilə görüşəcəyini bildirmişdilər. Buna baxmayaraq, iki ölkənin xarici işlər nazirləri arasında görüş baş tutub.

Nəşr qeyd edir ki, görüş barədə ictimaiyyətə məlumat verilməyib və görüşdən heç bir fotoşəkil də yayımlanmayıb.

 

Aysel Şirinova