Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İlham Əliyev İspaniya kralına başsağlığı verdi
sosial

İlham Əliyev İspaniya kralına başsağlığı verdi

29-10-2026 17:00 19 Просмотров
IMG

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.

 

Tvit.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

"Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".