Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Naxçıvanın bəzi əraziləri QAZSIZ QALDI
sosial

Naxçıvanın bəzi əraziləri QAZSIZ QALDI

10-09-2026 10:00 13 Просмотров
IMG

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad və Culfa rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-u saat 10:00-dan etibarən, Ordubad rayonu, Culfa rayonunun Yaycı, Dizə, Gal və Şurud kəndləri, həmçinin Culfa şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılıb.

 

Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.