Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ərdoğan: Türkiyənin təmkinli mövqeyi zəiflik kimi qəbul edilməməlidir
dünya

Ərdoğan: Türkiyənin təmkinli mövqeyi zəiflik kimi qəbul edilməməlidir

07-09-2026 22:00 16 Просмотров
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təmkinli mövqeyinin zəiflik kimi qəbul edilməməli olduğunu bildirib.

 

Tvit.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə Rəcəb Tayyib Ərdoğan bu barədə  Türkiyənin xarici siyasət mövqeyini şərh edərkən danışıb.

 

“Bunu birdəfəlik aydın və qəti şəkildə bəyan etmək istəyirəm: heç kim bizim təmkinli və ölçülü mövqeyimizi zəiflik kimi qəbul etməməli və bunun yanlış ümidlər yaratmasına imkan verməməlidir”, – deyə Türkiyə lideri bildirib.

O qeyd edib ki, Türkiyə regionda ölkənin təcrid olunmasına yönəlmiş düşməncəsinə addımları kənardan izləməyəcək.

 

“Biz ölkəmizin regionda təcrid olunmasına yönəlmiş düşməncəsinə hərəkətləri kənardan izləyərək susmayacağıq. Lakin Türkiyə bunu kimin həyata keçirməsindən asılı olmayaraq, hər bir qanunsuzluğa, ədalətsizliyə, hər cür zülmə və quldurluq aktına qarşıdır və bundan sonra da belə davranacaq”, – deyə Ərdoğan bildirib.

 

Aysel Şirinova