Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək
СПОРТ

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək

28-10-2026 09:00 14 Просмотров
IMG

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.

 

Tvit.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.

 

Qarşılaşma Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.

 

Cütün qalibi növbəti raundda Belarus - Cəbəllüttariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.

 

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Şərqi Timor seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

 

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

 

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

 

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.