Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya və İsrail bu mövzuda əməkdaşlığı müzakirə edib
dünya

Rusiya və İsrail bu mövzuda əməkdaşlığı müzakirə edib

27-08-2026 20:00 9 Просмотров
IMG

Rusiya və İsrail arasında terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, müzakirə Rusiya xarici işlər nazirinin müavini Lyubinski Moskvada İsrailin Rusiyadakı səfiri Yoseflə görüş zamanı baş tutub.

 

Görüş zamanı tərəflər beynəlxalq terrorizm və ekstremizmlə mübarizə çərçivəsində iki ölkə arasında mövcud dialoq formatlarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

Bundan əlavə, tərəflər beynəlxalq arenada, eləcə də bir sıra Avropa ölkələrində “nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı mübarizə” məsələsini müzakirə ediblər.

 

Aysel Şirinova