Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı razılaşma əldə oluna bilər
dünya

Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı razılaşma əldə oluna bilər

27-08-2026 16:00 15 Просмотров
IMG

Qətərin Baş nazirinin Tehranda İran rəsmiləri ilə görüşməsi danışıqların bərpası ilə bağlı ümidləri artırıb.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, danışıqların, vasitəçilik səylərinin və tərəflərin yenidən danışıqlar masasına qayıtmasının mümkünlüyü ilə bağlı müəyyən irəliləyiş var.

 

Məlumata görə, Hörmüz boğazında gəmi hərəkəti tam dayandırılmayıb, lakin gəmilər üçün tam hərəkət azadlığı da yoxdur.

 

"Oman və İran arasında əldə olunan razılaşmanın təfərrüatları açıqlanmasa da, görünür, gəmilərin boğazdan keçməsinə imkan verilməsi ilə bağlı razılaşma mövcuddur.

 

Gəmilər İranın icazəsi ilə boğaza daxil olacaq və koordinasiya əsasında oradan çıxacaq. Hərbi dəniz gəmilərinin isə boğaza daxil olmasına icazə verilməyəcək", - deyə məlumatda bildirilir.

 

Aysel Şirinova