Rusiya Ukrayna ilə bağlı məqsədlərinə sülh yolu ilə çatmağa üstünlük verir.
Tvit.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya Ukrayna ilə bağlı məqsədinə sülh yolu ilə çatmağa üstünlük verir. Lakin bu, hazırda mümkün olmadığı üçün Ukraynada xüsusi tədbirlər görülür və hərbi əməliyyat davam edir. Rusiya bunu öz təhlükəsizliyini təmin etmək və maraqlarını qorumaq üçün edir. Lakin Rusiya Avropa ölkələrinin aqressiv siyasəti ilə üzləşir”,- deyə Peskov bildirib.
Elmin Alışov