Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Laçında Azərbaycan və Ermənistanın nümayəndə heyəti arasında görüş keçirilib
siyasət

Laçında Azərbaycan və Ermənistanın nümayəndə heyəti arasında görüş keçirilib

25-08-2026 15:00 3 Просмотров
IMG

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.