Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Natəvan Həsənovaya yüksək vəzifə verildi
sosial

Natəvan Həsənovaya yüksək vəzifə verildi

25-08-2026 13:00 8 Просмотров
IMG

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim olunub.

 

Tvit.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb, hər iki təhsil səviyyəsini fərqlənmə ilə tamamlayıb. Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

 

O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.

 

Xatırladaq ki, 2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Carnegie Hall”da keçirilən müsabiqədə “1-ci yer” və “Ən yüksək performans” diplomları ilə təltif olunub.