Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bağdaddan Bakıya gələnlər cinayət başında saxlanıldı
turizm

Bağdaddan Bakıya gələnlər cinayət başında saxlanıldı

25-08-2026 12:00 22 Просмотров
IMG

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 

Məlumata görə, gömrük nəzarəti tədbirləri çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən edilib.

 

Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.