Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Avtomobillərin qapı tutacaqları təhlükə yaratdı: Çində milyonlarla maşın geri çağırılır
ДРУГОЕ

Avtomobillərin qapı tutacaqları təhlükə yaratdı: Çində milyonlarla maşın geri çağırılır

24-08-2026 23:00 6 Просмотров
IMG

Tesla, Geely, Xiaomi və digər avtomobil istehsalçıları təcili qapı tutacaqlarındakı problem səbəbindən Çində milyonlarla avtomobili geri çağırır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, BAIC, Chery, Dongfeng, FAW Hongqi, Geely, Leapmotor, Tesla, Xiaomi və Xpeng şirkətləri avtomobillərindəki təhlükəsizlik problemi ilə əlaqədar kütləvi geri çağırma həyata keçirir.

 

Məlumata görə, avtomobillərin salonundakı təcili mexaniki qapı tutacaqlarının rəngi daxili bəzəklərlə oxşar olduğundan onların tapılması və istifadəsi çətinləşir. Bu vəziyyət aşağı gərginlikli elektrik sisteminin sıradan çıxması zamanı sərnişinlərin avtomobildən çıxmasına mane ola bilər.

 

Geri çağırılan avtomobillərə pulsuz xəbərdarlıq etiketləri yapışdırılacaq. Bundan əlavə, modellərin əksəriyyətinə qəza zamanı pəncərələrin avtomatik endirilməsini təmin edən OTA yeniləməsi göndəriləcək.

 

Geri çağırışların əhatə etdiyi avtomobillərin sayı belədir:

 

Zeekr – 007 və X modelləri: 92 658 ədəd;

 

FAW Hongqi – EH7 və Tiangong 08: 4 035 ədəd;

 

BAIC BluePark – ArcFox Kaola: 46 860 ədəd;

 

Dongfeng – Nammi 06, Aeolus L8, eπ 007 və eπ 008: 53 452 ədəd;

 

Leapmotor – C01 və C11: 371 200 ədəd;

 

Chery – iCaur 03 və Fulwin X3: 64 488 ədəd;

 

Tesla – Çində istehsal olunan Model 3 və Model X: 2 975 910 ədəd;

 

Tesla – idxal olunan Model 3, Model X və Model S: 46 041 ədəd;

 

Xiaomi – 2024-cü il model SU7: 390 435 ədəd;

 

Xpeng – G6, P7+ və X9: 264 842 ədəd.

 

Məlumata görə, geri çağırma qərarının əsas səbəblərindən biri avtomobillərin qəza zamanı təcili çıxış mexanizmlərinin istifadəsi ilə bağlı təhlükəsizlik narahatlıqlarıdır. Xüsusilə Xiaomi SU7-nin iştirakı ilə baş verən və üç universitet tələbəsinin ölümü ilə nəticələnən qəza bu məsələyə diqqəti artırıb.

 

Hadisədən sonra avtomobildə fövqəladə çıxış mexanizmlərinin sürücülər və sərnişinlər tərəfindən daha asan tapılması məsələsi gündəmə gəlib.

 

Aysel Şirinova