Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran və Pakistan ABŞ-ın İslamabad razılaşması çərçivəsində öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıblar
dünya

İran və Pakistan ABŞ-ın İslamabad razılaşması çərçivəsində öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıblar

24-08-2026 23:00 9 Просмотров
IMG

İran və Pakistan ABŞ-ın İran qarşısında götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini vurğulayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Münir ilə görüşündə bildirib.

 

Pezeşkian Pakistanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi vasitəçilik səylərinə görə İslamabada təşəkkür edib.

 

İran Prezidenti ABŞ-ın qanuni hüquqlar və beynəlxalq normalar çərçivəsində İran qarşısında götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini qeyd edib.

 

“ABŞ İranla münasibətlərində öz ritorikasını və yanaşmasını dəyişməlidir. Təcavüz və hədələməyə arxalanmaq atəşkəs sazişinin həyata keçirilməsi prosesini yalnız daha da çətinləşdirəcək”, — Pezeşkian bildirib.

O əlavə edib ki, İran İslam Respublikası islam dünyası ölkələri və qonşu dövlətlərlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığa hazırdır.

 

Aysel Şirinova