Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Dünyanın ən məşhur qəhvəsi təhlükədə: Məhsulun 20 faizi məhv oldu
sosial

Dünyanın ən məşhur qəhvəsi təhlükədə: Məhsulun 20 faizi məhv oldu

24-08-2026 08:00 16 Просмотров
IMG

Premium qəhvə istehsalçılarının keyfiyyətli arabika qəhvəsi tədarük etməsi çətinləşə bilər. Buna Braziliyada yağan leysan yağışlarının məhsula zərər vurması səbəb olub.

 

Tvit.az "Bloomberg"ə istinadən xəbər verir ki, arabika dünya qəhvə istehsalının 60-70 faizini təşkil edir.

 

Bu qəhvə növü turşməzə çalarları, meyvə və ya çiçək notları ilə zəngin mürəkkəb dadı və aşağı kofein miqdarı ilə fərqlənir. Arabika "specialty" seqmenti üçün əsasən dağlıq ərazilərdə yetişdirilir.

 

Braziliya kooperativinin baş direktoru Siman de Limanın sözlərinə görə, tropik leysanlar qəhvə giləmeyvələrinin təxminən 20 faizini yuyub aparıb. Bu göstərici normadan 12-15 faiz çoxdur. Yağıntılar təkcə qəhvə giləmeyvələrinin yığılmasını gecikdirməyib, həm də onların keyfiyyətini aşağı salıb. Dənələrin əksəriyyətində həddindən artıq fermentasiya baş verib. Bu isə qəhvənin dadına təsir edib: xammal kif və nəmlik qoxusuna malik olub. Bundan başqa, giləmeyvələrin bir hissəsi yüksək rütubətin səbəb olduğu xəstəliklərdən zərər çəkib.

 

İyun və iyul aylarında Braziliyanın bəzi bölgələrində normadan 250-500 faiz çox yağıntı düşüb. Ayrı-ayrı rayonlarda isə yağıntının miqdarı adi göstəricidən səkkiz dəfə çox olub. Leysanların ikinci dalğası salamat qalan məhsulun qurudulması zamanı ölkəni vurub. Fermerlər qurutma prosesinə yenidən başlamağa məcbur olublar ki, bu da dənələrin keyfiyyətinə daha çox zərər vurub.

 

Keyfiyyətlə bağlı problemlər səbəbindən ABŞ və Avropada "Intercontinental Exchange Inc. (ICE)"nin sertifikatlaşdırılmış anbarlarında qəhvə ehtiyatları XXI əsrin ən aşağı səviyyəsinə düşə bilər.