Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi
sosial

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

21-08-2026 11:00 10 Просмотров
IMG

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

 

Tvit.az xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola düşüb.

 

Xatırladaq ki, İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.