Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Diabet üçün ömürlük dərman ehtiyacını azalda biləcək yeni üsul hazırlanıb
ДРУГОЕ

Diabet üçün ömürlük dərman ehtiyacını azalda biləcək yeni üsul hazırlanıb

20-08-2026 19:00 36 Просмотров
IMG

Şanxaydakı Şərqi Çin Normal Universitetinin alimləri qan şəkərinin səviyyəsini aşkar edib ona uyğun reaksiya verən genetik modifikasiya olunmuş bakteriya əsaslı yeni müalicə üsulu hazırlayıblar.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçıların hazırladığı “canlı probiotik dərman” 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 hormonunu yalnız orqanizmin ehtiyac duyduğu anda ifraz etmək üçün nəzərdə tutulub.

 

GIFT adlandırılan bu sistem zərərsiz Escherichia coli bakteriyasına qlükozaya həssas gen əlavə edilməklə yaradılıb. Bakteriya qan şəkərinin yüksəlməsini hiss etdikdə GLP-1 hormonunu ifraz edir və bununla da Ozempic və Wegovy kimi dərmanların təsir mexanizmini təqlid edir.

 

Alimlərin heyvanlar üzərində apardıqları klinikayaqədərki sınaqlarda sistemin qan şəkərinə uyğun şəkildə işlədiyi və ciddi zərərli təsir göstərmədiyi müəyyən edilib. Bununla belə, üsul hələ insanlar üzərində sınaqdan keçirilməyib və klinik istifadəyə hazır deyil.

 

Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu texnologiya 2-ci tip diabetlə yanaşı, digər metabolik xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

 

Aysel Şirinova