Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı (YENİLƏNİB)
turizm

Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı (YENİLƏNİB)

20-08-2026 11:00 26 Просмотров
IMG

Gəncədə çürümüş dölün tapılması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Tvit.az"a bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

*** 10:55

Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.

"Tvit.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir.

Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sözügedən poliqon Gəncənin məişət tullantılarının atıldığı ən böyük ərazidir.