Çinin sürətlə inkişaf edən humanoid robot sənayesi yeni nailiyyətə imza atıb. Robot istehsalçısı Unitree insandan daha sürətli qaça və daha hündürə tullana bilən “Superman” adlı humanoid robotunu təqdim edib.
Tvit.az xəbər verir ki, sosial mediada yayılan tanıtım videosunda robotun dayanıqlı vəziyyətdən 2 metr hündürlüyə tullandığı və saniyədə 12,66 metr, yəni saatda təxminən 45,5 kilometr sürətə çatdığı göstərilir.
Bu göstərici 2009-cu ildə 100 metr məsafəyə qaçışda dünya rekordunu müəyyənləşdirən Usain Boltun həmin yarış zamanı qeydə alınan saniyədə 12,2 metrlik pik sürətini üstələyir.
Aysel Şirinova