Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Çox yatmaq ölüm riskini artırır - Rusiyalı həkim
sosial

Çox yatmaq ölüm riskini artırır - Rusiyalı həkim

18-08-2026 15:00 48 Просмотров
IMG

10 saatdan çox davam edən yuxu ölüm hallarını 30% artırır.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının əməkdar həkimi Roman Buzunov danışıb.

 

Mütəxəssisin sözlərinə görə şəxs əvvəllər müəyyən saatlıq yuxu ilə kifayətlənirdisə, sonradan yuxu əvvəlki kimi dincəlmə hissi yaratmırsa, yuxunun müddəti uzanırsa və gün ərzində yuxululuq yaranırsa, bu, orqanizmdə patoloji proseslərə işarə edə bilər.

 

Buzunov ən geniş yayılmış səbəblərdən biri kimi yuxu apnesi sindromunu göstərib. Bu zaman gecə ərzində nəfəsalma yüzlərlə dəfə dayana bilər. Belə pozuntu ürək-damar, nevroloji və metabolik ağırlaşmaların riskini artıra və bununla da ömrün qısalmasına səbəb ola bilər.

 

Bununla belə, uzun müddət yatmaq özü-özlüyündə təhlükəli hesab edilmir. Orta hesabla normal yuxu müddəti 7–9 saatdır, lakin fərdi ehtiyac 4–12 saat arasında dəyişə bilər. Həmçinin o qeyd edib ki, gənc yaşlarından 10–12 saat yatmağa öyrəşmiş və bu müddətdən sonra özünü yaxşı hiss edən insanlar üçün bu, fərdi norma sayıla bilər.

 

 

Aysel Şirinova