Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur
siyasət

Azərbaycan və Özbəkistan şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyur

18-08-2026 11:00 28 Просмотров
IMG

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri Dövlətxan Dövlətxanov və İlqar İsbatov Bakıda səfərdə olan Özbəkistanın paytaxtı Daşkəndin şəhər merinin müavini Azizxon Şovkatov ilə görüşüblər.

 

Tvit.az bu barədə Dövlət Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, görüşdə Azərbaycan və Özbəkistan arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ərazi planlaşdırması, dayanıqlı şəhər inkişafı və müasir şəhər mühitinin formalaşdırılması sahələrində peşəkar əməkdaşlığın, təcrübə mübadiləsinin və yeni birgə təşəbbüslərin genişləndirilməsi imkanlarına toxunublar.

 

Əsas diqqət Bakı şəhərində "Özbəkistan Parkı"nın və Daşkənd şəhərində "Azərbaycan Parkı"nın yaradılması layihələrinə, onların icra vəziyyətinə və qarşıdakı mərhələlərə yönəldilib. Bildirilib ki, bu layihələrin əhatə etdiyi ərazilər iki ölkə arasında dostluğun, qardaşlığın və qarşılıqlı hörmətin rəmzi olmaqla yanaşı, hər iki paytaxtın sakinləri və qonaqları üçün müasir istirahət məkanlarına çevriləcək.

 

Həmçinin mayda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyəti də qeyd olunub. Forumun tarixində ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən "Liderlər Seqmenti"ndə Özbəkistan Prezidentinin iştirakının iki ölkə arasında şəhərsalma sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdığı vurğulanıb.