Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Prezidentin ali hərbi rütbə verdiyi şəxslər kimlərdir? - DOSYE
sosial

Prezidentin ali hərbi rütbə verdiyi şəxslər kimlərdir? - DOSYE

17-08-2026 13:00 14 Просмотров
IMG

Prezident İlham Əliyevin sərəncamı ilə ilə general-mayor Aqşin Məhərrəmova "general-leytenant" ali hərbi rütbəsi verilib.

Tvit.az Oxu.az-a istinadən Aqşin Məhərrəmovun dosyesini təqdim edir:

Aqşin Ramiz oğlu Məhərrəmov 14 avqust 1982-ci ildə Xaçmaz rayonunda anadan olub.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

Aqşin Məhərrəmov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən 2010-cu ildə "İgidliyə görə" medalı, 2012-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, 2019-cu ildə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev 17 avqust 2020-ci il tarixli 2215 nömrəli Sərəncamı ilə Aqşin Ramiz oğlu Məhərrəmova "general-mayor" ali hərbi rütbəsi verilib.

General-mayor Aqşin Məhərrəmov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olanda igidliyin və mərdliyin nümunəsini göstərdiyinə görə Aqşin Ramiz oğlu Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyev 09.10.2020-ci il tarixli 2338 nömrəli Sərəncamı ilə Azərbaycanın ali hərbi ordeni olan "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə Aqşin Məhərrəmov "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Aqşin Məhərrəmov 2022-ci ilin avqustunda Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsin rəisi vəzifəsinə təyin edilib.

General-mayor Aqşin Məhərrəmov Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsin rəisi olan zamanı 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində 9 hərbi qulluqçusunun şəhid olması ilə nəticələnən genişmiqyaslı təxribatlarının qarşısının alınması, həmçinin 23 aprel 2023-cü ildə Azərbaycan-Ermənistan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədindən buraxılış məntəqəsinin (Laçın dövlət sərhədindən buraxılış məntəqəsi) qurulması tapşırıqının icrası zamanı fərqlənib.

Aqşin Məhərrəmov 22 iyun 2023-cü ildə Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanı vəzifəsinə təyin edilib.

Faiq Həmzəağa oğlu Məmmədov

Faiq Məmmədov uzun illərdir DSX sıralarında xidmət edir. Bu ilin fevralında Dövlət Sərhəd Xidmətin Mərkəzi Aparatının rəhbəri təyin olunub.

Faiq Məmmədov bu təyinata qədər DSX-də Baş idarə rəisi və DSX Akademiyasının rəis əvəzi vəzifələrində xidmət edib.