Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Netanyahu: “Nüvə silahına malik ilk İslam respublikası Britaniya İslam Respublikası olacaq”
sosial

Netanyahu: “Nüvə silahına malik ilk İslam respublikası Britaniya İslam Respublikası olacaq”

14-08-2026 22:00 16 Просмотров
IMG

İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Britaniyanın gələcəkdə nüvə silahına malik “ilk İslam respublikası”na çevriləcəyini iddia edib.

 

Tvit.az xəbər verir ki, Netanyahu Qalei Tzahal ordu radiosuna müsahibəsində bildirib ki, İsrail İranın nüvə silahına malik başqa bir dövlətə çevrilməsinin qarşısını almaq üçün vəziyyəti izləyir.

 

“Buna görə də İranın başqa bir nüvə silahına malik respublikaya çevrilməməsini təmin etmək üçün monitorinq aparırıq”, – deyə Netanyahu bildirib.

 

İsrailin baş naziri həmçinin Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin oğlu və nəvəsinin 1967-ci ildə Altıgünlük müharibə zamanı İsraili dəstəkləyən reportajlar hazırladığını deyib.

 

Netanyahu həmin jurnalistlərin İsrailə gələrək müharibəni İsrailin mövqeyindən müsbət şəkildə işıqlandırdığını qeyd edib və əlavə edib: “Bu gün Britaniyada buna bənzər bir şey tapmağa çalışın”.

 

Aysel Şirinova