Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda işsizlərin sayı açıqlanıb
sosial

Azərbaycanda işsizlərin sayı açıqlanıb

12-08-2026 11:00 33 Просмотров
IMG

Bu ilin iyulun 1-i tarixinə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.

 

Tvit.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

 

Qeyd olunur ki, ilin əvvəli ilə müqayisədə işsiz şəxslərin sayı 3.6% artaraq 248.5 min nəfər olub.

 

Vurğulanır ki, real sektorun monitorinqi çərçivəsində aparılan sorğu nəticələrinə əsasən, iyun ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz istehsalı sahələrində yüksəkdir.