Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Media və Yayım Şurasının strukturu təsdiqlənib
sosial

Media və Yayım Şurasının strukturu təsdiqlənib

07-08-2026 14:00 37 Просмотров
IMG

"Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

 

Tvit.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

 

Qanuna əsasən, vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

 

Dövlət başçısı yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

 

Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir.

 

Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahididir.