Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ WhatsApp-dan süni intellekt məzmunu ilə bağlı yeni addım: Sİ paylaşımları etiketlənəcək
ДРУГОЕ

WhatsApp-dan süni intellekt məzmunu ilə bağlı yeni addım: Sİ paylaşımları etiketlənəcək

06-08-2026 22:00 13 Просмотров
IMG

WhatsApp kanallarda paylaşılan süni intellektlə yaradılmış məzmunun daha şəffaf təqdim olunmasını təmin etmək üçün yeni funksiyanı sınaqdan keçirir. Yenilik kanal administratorlarına Sİ ilə hazırlanmış paylaşımları xüsusi etiketlə işarələməyə imkan verəcək.

 

Tvit.az xəbər verir ki, WhatsApp süni intellekt vasitəsilə yaradılan məzmunun platformada daha aydın fərqləndirilməsi məqsədilə yeni funksiya hazırlayır.

 

Yeni funksiyaya əsasən, kanal administratorları süni intellektlə hazırlanmış şəkil, video və digər məzmunları xüsusi etiketlə qeyd edə biləcəklər. Bu, istifadəçilərin qarşılaşdıqları məzmunun Sİ texnologiyası ilə yaradılıb-yaradılmadığını asanlıqla müəyyən etməsinə kömək edəcək.

 

Məlumata görə, funksiya Avropa Birliyinin süni intellekt məzmunu ilə bağlı tətbiq etdiyi yeni şəffaflıq tələblərinə uyğun olaraq sınaqdan keçirilir. Bu addım həm istifadəçilərin məlumatlandırılmasını gücləndirməyi, həm də platformada paylaşılan məzmunun etibarlılığını artırmağı hədəfləyir.

 

Hazırda yenilik test mərhələsindədir və onun bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.

 

Aysel Şirinova