Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Google Apple AirTag-ə rəqib hazırlayır – İlk görüntü yayıldı
ДРУГОЕ

Google Apple AirTag-ə rəqib hazırlayır – İlk görüntü yayıldı

03-08-2026 22:00 17 Просмотров
IMG

Google-un Apple-ın AirTag izləmə cihazına rəqib olacaq Pixel Tag üzərində işlədiyi bildirilir.

 

Tvit.az-ın xarici mediaya istinadən məlumatına görə, kiçik, oval formalı cihaz istifadəçilərə açar, cüzdan və digər əşyaları izləməyə imkan verəcək.

 

Məlumata görə, Pixel Tag Google-un "Cihazımı tap" şəbəkəsi ilə inteqrasiya olunacaq, güclü dinamik və məxfiliyi qoruyan funksiyalarla təchiz ediləcək.

 

Cihazın görüntüsü Sloveniyadakı bir mağaza siyahısında da ortaya çıxıb. Gözləntilərə görə, Google yeni izləmə cihazını avqustun 12-də keçiriləcək aparat təqdimatında təqdim edə bilər.

 

Aysel Şirinova