Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
СПОРТ

"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər

03-08-2026 10:00 45 Просмотров
IMG

"Sabah" Banqladeş millisinin yarımmüdafiəçisi Hamza Çoudhurini transfer etmək niyyətindədir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, klub heyətini gücləndirmək məqsədilə 27 yaşlı futbolçu ilə maraqlanır.

 

Son məlumatlara görə, "Sabah" Hamza Çoudhurini icarə əsasında heyətinə cəlb etmək üçün İngiltərənin "Lester Siti" klubu ilə danışıqlar aparır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə təcrübəli yarımmüdafiəçi cari mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

 

Bundan başqa, bəzi xarici KİV-lərdə "Lester Siti"nin maliyyə çətinlikləri ilə üzləşdiyi və bu səbəbdən futbolçuların maaşlarının ödənilməsində gecikmələrin yaşandığı da iddia edilir.